RU

Alman siyasətçidən Putinə SƏRT ULTİMATUM: Merts Almaniya kansleri olarsa...

 

Almaniyanın kanslerliyə namizədi və müxalifətdə olan Xristian Demokrat İttifaqının lideri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinə sərt ultimatum verib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Merts açıqlamasında Putinə Ukraynadakı müharibəni 24 saat ərzində dayandırmaq çağırışı edib. Əks halda, Almaniyanın Ukraynaya Taurus raketlərini göndərəcəyini və bu raketlərin Rusiya ərazisinə də zərbə endirilməsinə icazə verəcəyini bildirib.

Bu, nə dərəcədə reallaşa bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Almaniya Xristian Demokrat Partiyasının sədri müxalifətdə olan siyasətçidir və onun açıqlamaları seçki qabağı müəyyən mənada təbliğat vasitəsi kimi qəbul oluna bilər.

O.Qasımovun sözlərinə görə, müxalifətdə olan siyasətçinin dövlət və dövlət siyasəti ilə bağlı məsuliyyəti iqtidarda olan siyasətçi ilə müqayisədə daha az olduğundan belə bir bəyanat verilib.

Oqtay Qasımov, politoloq

Politoloq nəzərə çatdırıb ki, Ukrayna tərəfinin Almaniya, Amerika, İngiltərə və digər ölkələrin Ukraynaya verdiyi uzaqmənzilli raketlərdən Rusiya ərazisinin dərinliklərini vurmaqla bağlı etdiyi müraciətlər hələ də cavabsız qalmaqdadır və Almaniya kansleri Oalf Şoltz da çox ehtiyatlı hərəkət etməkdədir:

“Təbii ki, Mertsin çağırışları həm də ondan qaynaqlanır ki, onun ümumiyyətlə Rusiya-Ukrayna savaşına münasibəti Oalf Şoltza nisbətdə daha radikal bir münasibətdir. Eyni zamanda nəzərə alsaq ki, Merts özü Amerika ilə çox yaxın əlaqələri olan bir siyasətçidir və vaxtilə Amerika şirkətlərindən birində işləyib. Mertslə Amerikanın siyasi dairələri arasında hazırda da kifayət qədər yüksək əlaqələr var”.

Almaniyanın birtərəfli qaydada belə bir icazə verməsinin yaxın dövr üçün mümkün görünmədiyini vurğulayan müsahibimiz qeyd edib ki, hakimiyyətdə olan Oalf Şoltzun komandası belə bir qərar verməyə hazır deyil.

Müsahobimiz gesab edir ki, Amerikadakı seçkilər də Rusiya-Ukrayna savaşına münasibətdə müəyyən dəyişikliklərə gətirib çıxarıb və buna görə də Almaniyanın belə bir məsələdə təkbaşına qərar verməsi imkansız görünür:

“Digər tərəfdən Almaniyada seçkilərə hələ bir neçə ay qaldığından yaxın günlərdə belə bir icazənin veriləcəyi mümkün görünmür. Eyni zamanda Rusiya-Ukrayna savaşında da Almaniya kollektiv Qərbin tərkibində olan dövlətlərdən biri kimi mövqe bildirir ki, onun bu məsələlərdə qərar vermək imkanı məhduddur və bu yükü daşıyacaq səviyyədə deyil”.

Mina Mikayılova

Избранный
14
bakivaxti.az

1Источники