RU

"Rusiya Trampa güzəştə gedə bilər"

NATO  katibinin keçmiş müavini Rouz Gettemüller, Finsncial Timesə təqdim etdiyi məqaləsində güman edir ki, Rusiya, ABŞ prezident seçkilərində qalib gəlmiş Donald Trampa ən azı üç məsələdə güzəştə gedə bilər.

 Eks-katib müavinin fikirincə, güzəştlərdən biri kimi, İkinci Dünya müharibəsindən sonra, "Almaniyanın ərazi bütövlüyü saxlanıldı. Almaniya Federativ Respublikasının şərq regionu ondan ayrılsa da, bu daimi hesab olunmadı".  Gettemüllerin sözlərinə görə, ABŞ atəşin dayandırılması üçün bu formuladan istifadə edə bilər. Ukrayna tərəfi isə, ərazilərinin bir hissəsindən məhrum olmasını müvəqqəti hal kimi qəbul edə bilər. 

 İkinci güzəşt, Rusiya Ukraynanın NATO-ya üzv olması ilə razılaşar, yalnız bir şərtlə ki, bu məsələ müddətsiz zamana qədər təxirə salınmalıdır. Təbii ki, bu güzəştin Rusiya tərəfindən qəbul olunacağı inandırıcı görünmür. Çünki,  Bu cür məsələlərin həlli uzun müddətli zaman içərisində öz həllini tapa bilər və bu müdfət ərzində Rusiya qəfil sürprizlərlə üzləşməyəcəyinə tam əmin olmalıdır. Hazırda kimsənin veriyi sözə əməl etmədiyi bir vaxtda Rusiyanı inandırmaq mümkündürmü? İkincisi də, Ukrayna tərəfinin  Avropa İttifaqı və NATO-nun bununla bağlı tələblərini yerinə yetirəcəyi də, mümkünsüz görünür.

 Eks-katib müavinin düşündüyü üçüncü güzəşt isə, nisbətən qəbul edilə bilər. "Stabilliyin qorunmsı üçün, strateji nüvə silshları ilə bağlı danışıqlara başlsmaq".  Gettemüller də hesab edir ki, əgər bu məsələ ciddi təqdim olunarsa, Rusiya tərəfi müəyyən güzəştlərə gedə bilər.

 Trampın Rusiya liderinə qarşı münasibətinin poziyiv olması, Putinlə danışıqlara başlanması strategiyasına hesablanıb. Bununla o, Vladimir Putinin Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında müəyyən güzəştlərə gedə biləcəyini güman edir.  

 Əgər Trampın müharibəni dayandırmaq üçün Rusiya lideriylə danışıqlara başlamaq cəhdləri baş tutarsa, Putinin də şərtlərini dinləməli olacaq. Kremlin şərtləri isə, ortadadır. Ən azı Dünya Krım da daxıl olmaqla Rusiyanın işğal etdiyi və artıq öz ərazisinə biləşdirməsini tanımalı, Ukrayna NATO-ya daxil olmaqdan imtina etməlidir. Kifayət qədər sərt və drmək olar ki, qəbuledilməz şərtlərdir.

 Göründüyü kimi, ABŞ-ın yeni seçilmiş prezidenti, "çiyinlərini" və nüfuzunu asanlıqla həll oluna bilməyəcək bir məsələnin altına qoyur. İndi əsas sual ondan ibarətdir ki, Tramp söz verdiyi kimi, Rusiya-Ukrayna münaqişəsinin həll olunmasında uğur əldə edə bilməsə, sonra atacağı  addımları nədən ibarət olacaq?..

 Rüstəm Hacıyev

 

Избранный
31
50
adalet.az

10Источники