RU

Sumqayıtda qadın pomidor turşusundan zəhərlənib öldü

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.

 Viral.az  “Baku TV”yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib.

Son Yazılar:

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.

***

Hadisə ilə bağlı TƏBİB-dən belə cavab verilib:

 

“Noyabrın 12-də 1971-ci il təvəllüdlü vətəndaş turşu zəhərlənməsi diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Bütün reanimasiyon tədbirlərə baxmayaraq ötən gün ölüm faktı qeydə alınıb”.

Ətraflı sujetdə:

Избранный
95
16
viral.az

10Источники