RU

Rusiya: “Tramp məsələni qaldırsa, sülhdən danışacağıq”

Rusiyanın BMT-dəki səfiri Gennadi Qatilov bəyan edib ki, “Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarına yeni seçilmiş prezident Donald Tramp təşəbbüs göstərərsə, bu danışıqlarda iştirak edəcək”.

Turkustan.az xəbər verir ki, Rusiyanın BMT-dəki səfiri Gennadi Qatilov bəyan edib ki, “Rusiya Donald Trampın təşəbbüsü ilə Ukrayna müharibəsini dayandırmaq üçün danışıqlara açıq olacaq”.

BMT-nin Cenevrədəki səfiri bu danışıqların Rusiyanın regionda irəliləyişləri nəzərə alınmaqla aparılmalı olduğunu vurğulayıb.

Tramp daha əvvəl Ukraynaya həddən artıq yardım göstərildiyini bəyan edib və dəfələrlə “o prezident olsaydı, müharibə heç vaxt başlamazdı” deyib.

Prezidentliyə qayıtdıqdan dərhal sonra Ukrayna-Rusiya müharibəsinə son qoyacağını bildirən Tramp bunu necə edəcəyini açıqlamayıb.

Trampın seçkilərdə qələbəsi Ukraynada və digər Avropa paytaxtlarında ABŞ-ın Ukraynaya gələcək dəstəyinin həcmi ilə bağlı narahatlığı artırıb.

Trampın Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə dair vədinə toxunan Qatilov, "Gəlin realist olaq, Trampın vədləri çətin ki, reallaşacaq. Lakin o, siyasi prosesə başlamağı təklif edərsə, bu, müsbət qarşılanacaq" deyib.

Qatilov bəyan edib ki, danışıqlar yalnız “döyüş meydanındakı reallıqlar” nəzərə alınmaqla aparıla bilər. O, Ukraynanın hazırkı münaqişədə zəif mövqedə olduğunu vurğulayıb.

Ukrayna prezidenti Vladimir Zelenski iddia edir ki, sülhün əldə olunması üçün bütün Rusiya qüvvələri ölkədən çıxarılmalı və Moskvanın ələ keçirdiyi bütün torpaqlar, xüsusilə Krım Ukraynaya təhvil verilməlidir.

Onun ötən ay açıqladığı “qələbə planı” bu şərtləri özündə ehtiva edir və ölkəsinin NATO-ya daxil olmasını nəzərdə tutur. Bu tələb uzun müddətdir ki, Rusiya tərəfindən rədd edilir.

Qatilov bildirib ki, Trampın prezident seçilməsi ABŞ-la dialoq imkanı yaradır. Bununla belə, o bəyan edib ki, yeni administrasiya ilə ABŞ-ın Moskvanı məhdudlaşdırmaq siyasətinin dəyişməsi ehtimalı azdır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
30
3
turkustan.az

10Источники