RU

"Azərbaycan xalqı çox mehribandır" - HAMZA ADAM

"Beləliklə, biz müxtəlif ölkələrdən gələn müxtəlif insanlarla qarşılaşdıq və sonra iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə iştirak etdik". Bu sözləri SİA-ya açıqlamasında Qana Respublikasının deputatı Hamza Adam deyib.

O bildirib ki, təşkilatçılıq çox yaxşı idi, məkan infrastrukturu, nəqliyyat, polis, təhlükəsizlik baxımından tədbir yaxşı təşkil edilmişdir: "Həm də digər köməkçi işçilər də işlərini yaxşı həyata keçirirlər. Mən görürəm ki, bu COP iqlim dəyişikliyini maliyyələşdirmək üçün xüsusi COP-dur.

Nümayəndələr çox yaxşı, çox qonaqpərvər idilər. Onu da deyim ki, Azərbaycan xalqı çox mehribandır. Burada olmağımdan həzz alıram. Geri dönəndən sonra da yenidən Azərbaycana qayıtmaq istəyirəm. Qarşılaşdığım əsas maneə dil baryeri məsələsi ilə bağlıdır. Demək olar ki, 100 nəfərdən bir nəfər ingilis və ya ərəb dilində danışa bilir, ona görə də qarşılıqlı əlaqə qurmaq baxımından çətindir.

Mən bir ölkəyə səfər edəndə, adətən, yerli əhali ilə daha çox ünsiyyətdə olmaq istəyirəm ki, o ölkə haqqında daha çox məlumat ala bilim. Ancaq məhdudiyyətlər, dil problemi olduğu üçün çox çətin oldu. Amma bütövlükdə, çox yaxşı insanların olduğu gözəl bir ölkədir. Ümumiyyətlə, düşünürəm ki, olduğum yerdən həzz aldım. Yerli yeməkləri yemək şansım olmayıb, amma yeyə bildiyim bir neçə yeməkdən həzz almışam. İstərdim ki, daha uzun müddət qala bilim, amma cədvəlimlə bağlı məhdudiyyətlər üzündən şirkətimə qayıtmalıyam. Təşəkkür edirəm".

Müəllif: Söylü Ağazadə
Избранный
42
sia.az

1Источники