RU

Abxaziya müxalifəti parlamentdən Rusiya ilə sazişi ratifikasiya etməməyi tələb edir

Bir qrup abxaz deputat Abxaziya parlamentinin sədri Laşa Aşubanı ziyarət edib. Onlar Rusiya ilə investisiya sazişinin ratifikasiyasını gündəmdən çıxarmaqda israrlıdırlar. “Respublika” yerli nəşri xəbər verir ki, bu barədə Abxaziyadakı müxalifət nümayəndəsi Adqur Ardzinba məlumat yayıb.

“Ardzinba bildirib ki, hazırda bir qrup deputat spikerin yanındadır və İnvestisiya Sazişinin ratifikasiyası məsələsinin gündəmdən çıxarılmasını təkid edir”, - nəşr yazıb.

Qeyd olunub ki, etirazçılar məsələnin həllinə nail olana qədər dağılışmaq niyyətində deyillər.

Xatırladaq ki, noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxsləri tərəfindən ölkə ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya ilə sazişin ratifikasiyası məsələsinə baxacaq. Müxalifət hesab edir ki, sənəd abxaz xalqının maraqlarına cavab vermir.

Tural

Избранный
69
news365.az

1Источники