RU

Şöbə müdiri: "Yaşıl artım" portalının 2025-ci ilin martında qlobal istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur

"Yaşıl artım" portalı təkcə Azərbaycan üçün yox, qlobal əhəmiyyət kəsb edən elektron resursdur".

“İki sahil” xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutan təqdimatda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

H.Hüseynov söyləyib ki, "Yaşıl artım" portalında 120-dən çox ölkənin yaşıl inkişafa aid göstəricilərinin əks olunması nəzərdə tutulub: "Bu göstəricilər yaşıl təchizat zəncirinin formalaşdırılmasına və qlobal dekarbonizasiya proseslərinə töhfə verəcək, həmçinin məlumatların əlçatanlığını təmin edəcək. Eyni zamanda, "Yaşıl artım" portalında maksimal elektrikləşmə siyasəti həyata keçirən ölkələrlə bağlı məlumatların əks olunması nəzərdə tutulub".

Şöbə müdiri vurğulayıb ki, "Yaşıl artım" COP29 çərçivəsində Azərbaycan hökumətinin maliyyəsi hesabına ərsəyə gələ portaldır: "Qlobal çirkləndirmədə Azərbaycanın payının 0,13 faiz təşkil etməsinə baxmayaraq, ölkəmiz qlobal dekarbonizasiya prosesinə, iqlim dəyişmələri ilə mübarizəyə nəinki yerli və regional, eyni zamanda, qlobal səviyyədə öz töhfəsini verməyə davam edəcək. Portalın demo versiyasının təqdimatı bu gün həyata keçirildi. Portalın 2025-ci ilin mart ayına qədər tamamilə ərsəyə gəlməsi və qlobal istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulub".

Orxan Vahidoğlu, "İki sahil"

Избранный
44
1
ikisahil.az

2Источники