RU

"Real"a şok rədd cavabı

style='margin-bottom:10px;'>

"Real"ın gənc futbolçuları Arda Güler və Endrikin kifayət qədər oyun şansı almaması klubun transfer işlərinə də öz təsirini göstərib. 

QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 

Madrid təmsilçisi yeni Luka Modriç adlandırılan Martin Baturinanı heyətinə qatmaq istəyir. Lakin Zaqreb "Dinamo"sunun 21 yaşlı yarımmüdafiəçisi La Liqa klubunun təklifini rədd edib. 

"Real" xorvatiyalı futbolçuya 2 il başqa bir İspaniya komandasında icarədə oynamaq şərti ilə 5 illik sözləşmə təklifi göndərib. Lakin Baturina bu təklifi rədd edib.

Xəbərdə bildirilib ki, Martinin belə qərar verməsinə səbəb Arda Güler və Endrikin matçlar zamanı ehtiyatda qalması olub. Baturina baş məşqçi Karlo Ançelottinin ona da kifayət qədər oyun şansı verməyəcəyini düşünür. 

Digər tərəfdən bu hal "Real" üçün ilkdir. Çünki Baturina gənc futbolçular arasında "kral klubu"na rədd cavabı verən ilk oyunçudur. 

Qeyd edək ki, Baturina bu mövsüm 17 matçda 2 qol vurub və 7 qolun ötürməsini verib. Arda Güler 12 görüşdə meydana çıxıb. Endrik isə 10 görüşdə 2 qola və 1 qol ötürməsinə imza atıb. 

Избранный
30
2
teleqraf.com

6Источники