RU

Paşinyan saqqalını qırxıb simasını dəyişdi. Siyasətini də dəyişəcəkmi?

Ermənistan baş naziri Nikol Paşinyan son çıxışında Müstəqillik Bəyannaməsinin məzmununa əsasən, Ermənistan Respublikası mövcud ola bilməyəcəyini deyib. Paşinyan ölkə qanunvericiliyinin dəhşətli dərəcədə təzadlarla dolu olduğunu qeyd edib. O bildirib ki ki, ermənilərin hazırda faktiki vətəni var və başqa dövlətlərin ərazisində özlərinə vətən axtarmamalıdırlar. 
Paşinyanın son çıxışı ilə əslində nə demək istəyib? Bu, Ermənistanın Müstəqillik Bəyannaməsinin tezliklə dəyişdiriləcəyi mənası verir? Mövzu ilə bağlı BUTA.TV-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan baş naziri əvvəllər də buna bənzər ritorikaya baş vurub:
“Bu, yeni ritorika deyil və Paşinyan ara-sıra bu tərz çıxışlar edir. Xatırlıyırsınızsa, bu ilin əvvəlində də o bugünkü Ermənistanın xəritəsini göstərərək real və tarixi Ermənistan müqayisəsini aparmışdı. Çıxışlarının birində Paşinyan bildirmişdi ki, Ermənistanın konstitusiyası hazırkı vəziyyətdə Azərbaycan və Türkiyə ilə münasibətləri ciddi şəkildə gərginləşdirən əsas amillərdən biridir.  Nikol Paşinyanın bu tipli çıxışları daxili auditoriyaya hesablanıb. Amma əsas məsələ ondan ibarətdir ki, baş nazir bu kimi məsələlərdə daim manipuliyasiya etməyi sevir. Bu, sadəcə bəyanatlardır. Amma onların ardınca hansısa əməli işi bu günə qədər görmədik.  Onun parlamentdəki çıxışında həm bu məsələyə, həm də 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata toxunulub. Amma daha çox hay-küy və pafos var. Əslində, Paşinyan düşüncə etibarı ilə digər erməni siyasətçilərindən çox da fərqlənmir”. Politoloq Paşinyanın imic dəyişikliyinə də münasibət bildirib:

“Artıq bu məsələlər öz əhəmiyyətini itirdi. Yəni bundan sonra Ermənistan hətta Paşinyan səviyyəsində COP29-da iştirak üçün Azərbaycana gəlsə belə, hansısa əhəmiyyəti yoxdur. Ermənistan əslində, bu proseslərlə bağlı qərarını zamanında verməli idi. Paşinyanın imic dəyişikliyinə gəlincə, bu onun öz şəxsi məsələsidir. Onun üzünü təraş etməsi ilə bağlı sosial şəbəkədəki yanaşmalar və s. Ermənistanın daxili məsələsidir. Amma bütün hallarda hesab etmirəm ki, Ermənistan nümayəndələri Bakıya gələcək. İrəvan hələ də ən adi məsələlərdə özü müstəqil qərarlar verməkdən acizdir”.

Избранный
98
50
buta.tv

10Источники