Millətlər Liqasının V turunda Fransa ilə İsrail matçında azarkeş sayı rekord dərəcədə aşağı olub. 

Offsideplus.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

"Stad De Frans"da baş tutan görüşü 20 min azarkeş izləyib. Bunadək ən pis nəticə 2003-cü ildə baş tutan Fransa - Yeni Zelandiya oyununda qeydə alınmışdı. Həmin qarşılaşmanı tribunalardan təxminən 37 min nəfər baxıb.

Xatırladaq ki, Fransa - İsrail matçı 0:0 hesabı ilə yekunlaşıb.