RU

Prezident nümayəndə heyətini COP29-dan geri çağırdı – İndi də Sazişdən çıxır

Argentina Paris Sazişindən çıxmaq barədə düşünür.

KONKRET.az “The New York Times”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Nazir Gerardo Vertheinin sözlərinə görə, ölkə hələ ki, razılaşmalardan çıxıb-çıxmayacağına dair yekun qərar qəbul etməyib.

“Biz iqlim dəyişikliyi ilə bağlı bütün məsələlər üzrə strategiyamızı yenidən qiymətləndiririk”, – deyə XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, bu gün Argentina Prezidenti Xavyer Miley ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.

Məlumat üçün vurğulayaq ki, ABŞ lideri sözügedən Sazişə qarşıdır. Xarici media Argentinanın bu addımını Trampın xoşuna gəlmək cəhdləri kimi qiymətləndirir.

Bundan başqa, Xavyer Miley Trampa görüşməzdən bir gün əvvəl COP29-da iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyətini geri çağırmışdı.

Məlik,
KONKRET.az

Избранный
44
konkret.az

1Источники