RU

Dörd tütün zavodu olan şirkət məhkəmə qarşısında

Azərbaycanda dörd tütün zavodu olan “Tet International Development” MMC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az-ın məlumatına görə, MMC bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır. 

Qeyd edək ki,  Yaponiyanın “Tet International Development” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Namiq Əsgərovdur. 

Sadiq İsbəndərli

Избранный
36
valyuta.az

1Источники