RU

Ramazan Abdulatipov: “Azərbaycan və Dağıstan logistikanın inkişafı üzrə aktiv iş aparır”

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) inkişafında Azərbaycan əvvəldən Rusiyanın əsas tərəfdaşlarından biri olub”.

Oxu.Az-ın “Vestnik Kavkaza”ya istinadən məlumatına görə, bu barədə Dağıstanın keçmiş rəhbəri, hazırda “Şimal-Cənub” Xəzər Beynəlxalq İnteqrasiya Klubunun rəhbəri Ramazan Abdullatipov deyib.

O, əlavə edib ki, Bakı bu layihəyə sərmayə qoyub, həmçinin onun inkişafı üçün səy göstərir.

Abdullatipov Vladimir Putinin Rusiya və Azərbaycan sərhədində logistika mərkəzlərinin yaradılmasının vacibliyi barədə son bəyanatını xatırladıb, həmçinin Bakı və Mahaçqalanın bu istiqamətdə aktiv iş apardığını vurğulayıb.

Bundan əlavə, o, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib, onun daim logistika məsələsinə diqqət yetirdiyini və Bakının nəqliyyat dəhlizinin səmərəliliyinin artırılmasında maraqlı olduğunu vurğuladığını qeyd edib.

Klub sədri bildirib ki, Şimal-Cənub BND bu gün diqqət mərkəzindədir.

Abdullatipov gömrük strukturlarının qarşılıqlı əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

Избранный
29
3
editor.az

4Источники