RU

 Azərbaycan və Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müzakirələr aparılıb

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində  Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatla görüşüb.

"Operativ Media" xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

"Ölkəmizdə səfərdə olan Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatla görüşdük. İki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Misir tərəfinin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələlərini müzakirə etdik. Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində növbəti addımlar, o cümlədən biznes dairələri arasında əməkdaşlığa dair fikir mübadiləsi apardıq",- deyə paylaşımda qeyd olunub.

Избранный
57
5
operativmedia.az

6Источники