Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb. "Mitsubishi" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində Naxçıvan sakini, 1974-cü il təvəllüdlü Quliyev Familə İnqilab qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

