RU

Bu "Ferrari" rekord qiymətə satıldı

Yaponiyada vergi borcunu ödəməyən şəxsdən müsadirə edilən "Ferrari" markalı avtomobil 171 milyon yen ( təxminən, 1,09 milyon dollar ) ilə indiyə qədər ən yüksək qiymətə satılıb.

"Cebheinfo.az” xəbər verir ki, bu barədə Yaponiya Milli Vergi Administrasiyası açıqlama verib. 

Yaponiyanın "Vergi Yığım Qanunu"na uyğun olaraq, ödənilməmiş vergilərin yığılması çərçivəsində ələ keçirilən aktivlər onlayn hərracda satıla bilər.

Belə ki, Tokio Regional Vergi İdarəsi müsadirə edilmiş 1500 mil uzunluğunda boz metal rəngli "Ferrari" "F12tdf"-ni minimum 71,3 milyon yen qiymətinə onlayn olaraq hərraca çıxarıb. 

Məlumata görə, dəbdəbəli avtomobil 171 milyon yenaya (1,09 milyon dollar) satılaraq indiyə qədərki ən yüksək qiymətə çatıb.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində 56,8 milyon yen minimum qiymət etiketi ilə hərraca çıxarılan digər "Ferrari" markalı başqa bir avtomobil də 94,3 milyon yen-ə (606 min dollar) satılmışdı. 

Избранный
20
1
cebheinfo.az

2Источники