RU

Tanınmış hücumçu məhkəmə qarşısına çıxarılacaq - Şikayətçi keçmiş xanımıdır

“Qalatasaray”ın ulduzu Mauro İkardi məhkəmə qarşısına çıxacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb keçmiş həyat yoldaşı Vanda Naranın ondan şikayət etməsidir.

Argentina mətbuatının yazdığına görə, V.Nara aralarında yaşanan mübahisədən sonra İkardidən şikayətçi olub. Forvarda “qadına şiddət” maddəsi ilə cinayət işi açılıb.

Mauro İkardinin məhkəmə qarşısına çıxarılacağı bildirilib.

Bir neçə müddət öncə Mauro İkardi və Vanda Nara ayrılıb. Onlar rəsmi boşanmasa da, Vanda Nara yeni sevgilisi ilə görüntülərini sosial şəbəkədə paylaşıb.

Həmin görüntülərə sinirlənən futbolçu Argentinaya yollanaraq Nara ilə danışmaq qərarına gəlib. Nəticədə tərəflər arasında qalmaqal yaranıb.

Избранный
43
sportinfo.az

1Источники