RU

Azərbaycanda Təmiz Enerji Mərkəzi regional bazarların inkişafı üçün əlverişli şərait yaradacaq - ECO baş katibi

Bakı. Trend:

Azərbaycanda Təmiz Enerji Mərkəzi regional dayanıqlı enerjibazarlarının inkişafı və investisiyaların cəlbi üçün əlverişlişərait yaradacaq.

Trend xəbərverir ki, bu barədə ECO-nun baş katibi Əsəd Xan ECO-UNIDO TəmizEnerji Mərkəzinin açılış tədbirində çıxışı zamanı bildirib.

“Mərkəz regional dayanıqlı enerji bazarlarının inkişafı vəinvestisiyaların cəlbi üçün əlverişli şərait yaradacaq. Əminik ki,bu mərkəz qlobal dayanıqlı enerji üzrə regional mərkəzlərşəbəkəsinin vacib elementi olacaq”, – deyə o vurğulayıb.

Baş katib resursların səfərbər edilməsinin sürətləndirilməsinin,o cümlədən, ilkin maliyyələşdirmənin artırılması istiqamətindəbütün maraqlı tərəflərin səylərini ikiqat artırmasının vacibliyinixüsusi qeyd edib.

“Regional enerji gündəliyinin irəlilədilməsi bütün maraqlıtərəflərin fəal iştirakını tələb edir. Elə regional siyasətlərhazırlanmalıdır ki, bu gün üçün effektiv olmaqla yanaşı, dəyişənenerji mənzərəsinə də uyğunlaşdırıla bilsin.

Aydındır ki, layihənin uğurla həyata keçirilməsi üçün üzvdövlətlər arasında davamlı dialoq lazımdır. Bu dialoq dayanıqlıregional enerji gündəliyinin formalaşdırılması üçün yeni yanaşmalarvə alətlərin axtarışına yönəldilməlidir.

Bu baxımdan, üzv dövlətləri müzakirələrdə fəal iştirak etməyə vəproqram fəaliyyətləri mərhələsinə keçməyə çağırırıq. Əminik ki,mərkəz təmiz enerji sahəsində ümumi hədəflərimizin həyatakeçirilməsi üçün vacib bir institut olacaq və üzv dövlətlərindəstəyinə güvənirik”, – deyə baş katib vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
22
1
az.trend.az

2Источники