1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Əhmədli qəsəbəsinin Lütfi Zadə küçəsində iki maşının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 77-XB-456 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolun əks istiqamətindən gələn 77-XA-130 dövlət nömrə nişanlı KIA markalı avtomobillə toqquşub.
Avtomobillərə ciddi ziyan dəyib, yaralıların olub-olmaması barədə məlumat yoxdur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.



Xanım Aydın