RU

Pərvanə Vəliyeva: "İqlim dəyişikliyi vərəm xəstəliyinin də artmasına səbəb olur"  

“Süni intellektdən istifadə edərək günəş enerjisini, Vərəm molekulyar laboratoriya testlərini və portativ rentgen müayinələrini birləşdirən inteqrə olunmuş sistem: vərəmin diaqnostikası üçün yeni konsepsiya” adlı tədbirdə çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxış edib.

QHT.az xəbər verir ki,  bu tədbir Səhiyyə Nazirliyi, İsveçrənin Stop TB Tərəfdaşlığı (STBP), Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası və Milli QHT Forumunun təşkilatçılığı ilə keçirilib

Millət vəkili qeyd edib ki, əvvəlcə, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Vərəm Əleyhinə Azərbaycan QHT Koalisiyası, Sağlamlığa Xidmət və digər bütün təşkilatlara, o cümlədən MolBio şirkətinə, texnologiya avadanlıqlarını gətirib təqdim edən Fujifilm Türkiyə nümayəndəsinə təşəkkür edirəm.

“Ölkəmizdə BMT-nin ən mötəbər və ən böyük tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası keçirilir. Bu tədbir tarixində ilk dəfə vərəm ilə mübarizəyə də həsr edilmişdir. Hazırda dünyanın gələcəyi və insanlığın taleyi Azərbaycanda müzakirə edilir. 170-dən çox ölkənin nümayəndəsi Azərbaycandadır, o cümlədən 80-dən çox ölkə və dövlət başçıları 12-13 noyabr tarixlərində keçirilən Liderlər Sammitində iştirak etmişdir.

Dünyanı narahat edən əsas problem iqlim dəyişikliyinin törətdiyi qlobal istiləşmədir. Hazırda onun dərəcəsini iki dərəcənin altında, ən yaxşı halda isə 1,5 dərəcə Selsi dərəcəsində saxlamaq üçün bütün səyləri səfərbər etmək tələb olunur. İqlim dəyişikliyi dünyada bir çox məsələlərə, o cümlədən insan sağlamlığına və ərzaq çatışmazlığına təsir göstərir. İqlim dəyişikliyinin sağlamlığa təsiri ilə bağlı bəzi akademik araşdırmalar göstərir ki, bu, ürək qan damar sistemi xəstəliklərinin artmasına səbəb olur. Ekstremal istiləşmə və daşqınların baş verməsi bakterial və virus xəstəliklərinin, malyariya kimi infeksiyaların yayılmasına səbəb olur. Vərəm xəstəliyi də iqlim dəyişikliyinin təsirində artacaq xəstəliklərdəndir.

Bu gün biz burada toplaşmışıq ki, vərəm xəstəliyi ilə mübarizənin texnologiya və süni intellektin rolu, qeyri-hökumət təşkilatlarının mübarizəyə verə biləcəyi töhfə barədə müzakirə aparaq. Dünya dəyişir, elm inkişaf edir və bu dəyişikliklərə uyğun olaraq Azərbaycan öz enerji potensialında böyük transformasiya keçir, qazıntı yanacağından tədricən bərpa olunan enerji mənbələrinə keçir. Azərbaycan, günəşli və küləkli bir ölkə olaraq, bu təbii sərvətləri istifadə edərək Qaradağda böyük bir Günəş paneli stansiyası yaratmışdır. Bu texnologiyalar, həmçinin, portativ rentgen qurğularının istifadəsini də təmin edəcək ki, bu da dağlıq ərazilərdə, elektrik olmayan yerlərdə faydalı olacaq.

Bu tədbirdə iştirak edən Stop TB və digər şirkətlərə təşəkkür edirəm. Məlumatım var ki, sabah onların təqdimatları mavi zonada keçiriləcək və düşünürəm ki, digər ölkələrdən gələn nümayəndələr üçün də bu çox maraqlı olacaq.”

Millət vəkil eyni zamanda qeyd edib sağlamlığın qorunmasını  gücləndirmək üçün Azərbaycan parlamenti bir çox qanunlara dəyişiklik edib. Bu yaxınlarda "Ekosid"lə bağlı Cinayət Məcəlləsinə yeni bir dəyişiklik edildi və "Ekosid" törədən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Həmçinin, "Ətraf mühitin mühafizəsi haqqında” və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunlarında müvafiq dəyişikliklər edilib. Eyni zamanda  biz “Vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik təklif edir və büdcə müzakirələrində vərəmə və innovativ fəaliyyətlərin artırılmasını nəzərə almağı təklif edirik.”

Избранный
68
1
qht.az

5Источники