RU

Köhnə “hücum” yeniləndi: “Bakıda itləri güllələyirlər”

“Azərbaycanda itləri güllələyirlər” söhbəti hələ 2012-ci ildə - Avroviziya müsabiqəsi zamanı ortaya atılmışdı, 2015-ci ildə - Avropa Oyunları vaxtı və beynəlxalq tədbirlərin keçirildiyi sonrakı dövrlərdə də gündəmə gətirildi. Bütün dövrlərdə beynəlxalq medianın geniş “araşdırmalar” apardığı “itləri güllələyirlər” məsələsi Azərbaycana qarşı kampaniyalarda əsas ştrixlərdən biri olub. COP29-da “itləri güllələyirlər” aksiyası da eyni prosesin davamıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, məsələ etirazçıların Bakıya yönəlmiş beynəlxalq diqqəti üzərlərinə çəkməsində deyil:

“12 illik müşahidə göstərir ki, bu və bu kimi addımlarda məqsəd hansısa problemin həlli – misal üçün, “itlərin güllələnməsi”nin qarşısını almaqdan daha çox, Azərbaycana qarşı kampaniyaya heyvan haqları üzrə təşkilatları da cəlb etmək, mənfi informasiya bumu yaratmaq və cəbhəni maksimum genişləndirməkdir”.

Избранный
127
axar.az

1Источники