Bakı. Trend:
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədriMəhmədtohir Zokirzoda noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərəgəlib.
Trend xəbər verir ki, HeydərƏliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı AydınMirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də BakıdaParlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığıilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalqtəşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçınınqatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167parlament üzvünün iştirakı gözlənilir.