RU

Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda əsas rol oynayır - Rəşad Nəbiyev

Bakı. Trend:

Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər Dayanıqlı İnkişafMəqsədlərinə nail olmaqda, xüsusilə iqlimin monitorinqi, erkənxəbərdarlıq sistemləri və iqlim dəyişikliyinə davamlılığınartırılması sahələrində əsas rol oynayır.

Trend xəbər verir ki, bunuAzərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev“Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəlidəyirmi masada deyib.

“Məlumatlardan, süni intellektdən və digər rəqəmsal alətlərdənistifadə etmək qabiliyyəti, iqlim dəyişikliyinə uyğunlaşma və onunnəticələrinin yumşaldılması üçün misilsiz imkanlar yaradır. Lakinbu imkanlar rəqəmsal transformasiyamızın yalnız dayanıqlı deyil,həm də inklüziv olmasını təmin etmək məsuliyyətini də bizimüzərimizə qoyur. Məhz bu səbəbdən biz bu gün buradatoplaşmışıq.

Bildiyimiz kimi, məlumatların emalına, süni intellektə vəəlaqənin artırılmasına artan tələbat enerji istehlakının,materialların istifadəsinin və elektron tullantıların artması iləmüşayiət olunur”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
25
31
az.trend.az

10Источники