RU

Naderev Sano: COP29 ehtiyac duyulan imkanlar baxımından yüksək səviyyəlidir

“Bu, mənim iştirak etdiyim sayca 21-ci COP tədbiridir. Mən uzun müddətdir ki, bu prosesi müşahidə edirəm. Ətrafımızda çox şey baş verir. Danışıqlar davam edir və hələ də həll edilməli olan çoxlu məsələlər var, amma ümid edirəm ki, biz müəyyən irəliləyiş görə biləcəyik”.

“İki sahil” xəbər verir ki, bunu “Greenpeace International” Cənub-Şərqi Asiya təşkilatının icraçı direktoru, Filippindən olan iqlim fəalı Naderev Sano deyib.

“Azərbaycanın qonaqpərvərliyinə, məkandakı könüllülərin iştirakçılara etdiyi köməyə görə təşəkkür etmək istəyirəm. COP29 ehtiyac duyulan imkanlar baxımından yüksək səviyyəlidir. İqlim danışıqlarının çox mühüm aspektlərinə irəliləyiş gətirmək üçün zəruri olan atmosfer burada yaradılıb.

Azərbaycandan olan nümayəndələr, siyasətçilər “yaşıl enerji”, bərpa olunan enerji sahəsində müəyyən addımlar atmağa çalışırlar. Biz buraya Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası kontekstində və Paris Sazişinin həyata keçirilməsini gücləndirəcək razılaşmaları davam etdirmək üçün toplaşmışıq”, - deyə N.Sano qeyd edib.

Избранный
26
1
ikisahil.az

2Источники