RU

“PAŞA Bank” COP29-da “İdarəetmənin rəqəmsal transformasiya ilə formalaşdırılması: Maliyyə sektorundakı qlobal trendlər” panelini keçirir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki digər çağırışlara dair müzakirələrdə fəal iştirak edir.

Bu gün, 16 noyabrda, Bank Yaşıl Zonada “İdarəetmənin rəqəmsal transformasiya ilə formalaşdırılması: Maliyyə sektorundakı qlobal trendlər” adlı panel müzakirəsini keçirir.

Iqtisadiyyat Nazirliyinin müşaviri Rauf Nəcəfli, “PAŞA Bank”ın təhlükəsizlik blokunun baş direktoru Vasif Qasımov, “Kapital Bank”ın ödənişlər sistemləri ofisinin lideri Zakir Xanməmmədov, “PwC” şirkətinin Avrasiya üzrə texnologiya direktoru Fərid Qattal, “Visa” şirkətinin Mərkəzi Avropa, Yaxın Şərq və Afrika bölgəsində risk praktikası üzrə rəhbəri Aşiş Vadva kimi aparıcı ekspertləri bir araya gətirəcək paneldə maliyyə sektorunda idarəetmə strukturlarının yenidən formalaşdırılması, şəffaflığın artırılması, tənzimləmə və risk idarəetməsindəki qlobal trendlər əsas müzakirə mövzularıdır.

Panelçilər rəqəmsal innovasiya və ESG (ətraf mühit, sosial və idarəetmə) məqsədləri, rəqəmsal transformasiya və dayanıqlı inkişaf, məlumat idarəetməsi və ESG uyğunluğu, rəqəmsal ödənişlərin dayanıqlılığı və müştəri təhlükəsizliyi, rəqəmsal transformasiyanın risk idarəetməsində rolu barədə dəyərli fikirlərini təqdim edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
18
3
banco.az

4Источники