RU

Fidan: “Tramp sözünün üstündə durmalıdır”

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampla bağlı bunları deyib: “Əgər o, yalnız Ukraynadakı müharibə məsələsini düşünsə və Fələstin məsələsini unudarsa, bunun ciddi ziyanı olacaq. “Tramp sözünün üstündə durmalıdır".

Turkustan.az xəbər verir ki, Fidan “A Haber”in canlı yayımında bildirib ki, “Prezidentimizin Trampla yaxşı münasibətləri var. Trampın kabineti ilə bağlı qabaqcıl açıqlamalar vermək istəmirəm, bir az daha gözləyək və görəcəyik. ABŞ siyasətində əsasən İsrailə dəstək var, bu sürpriz deyil. Demokratların hakimiyyətdə olduğu dövrdə açıq-aşkar soyqırımların törədildiyinin şahidi olduq. Güman edirik ki, Respublikaçıların hakimiyyəti dövründə də mənfi hadisələr baş verəcək. Əgər o, yalnız Ukraynadakı müharibə məsələsini düşünsə və Fələstin məsələsini unudarsa, bunun ciddi ziyanı olar. Tramp sözünün üstündə durmalıdır. Yaxın Şərqin bəzi ölkələrində problemlər ola bilər. “Daha böyük müharibələr də başlaya bilər”.

Nazir Fidan açıqlamalarına belə davam edib: “PKK və FETÖ ilə bağlı ABŞ ilə problemimiz var. Bizə qarşı birbaşa təhlükə aradan qalxana qədər mübarizəmizi davam etdirəcəyik. Terrorla mübarizə ilə bağlı ABŞ-la sonuncu müntəzəm görüşlərimizi keçirdik. Onlar da görürlər ki, bölgədə Türkiyədən başqa aktyor seçməyin rasional izahı yoxdur. ABŞ ilə bir nömrəli problemimiz terrorla mübarizədir. Regiondakı müttəfiqlər bizim ciddiliyimizi başa düşürlər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
32
50
turkustan.az

10Источники