RU

Azərbaycanda şəkər xəstəliyi ən çox bu yaşlarda rast gəlinir - STATİSTİKA

1990-cı ildən bəri 1 və ya 2 tip diabetdən əziyyət çəkən insanların sayı dörd dəfədən çox artaraq 2022-ci ildə 800 milyonu ötüb. bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "The Lancet" elmi jurnalında dərc olunmuş araşdırmasında deyilir.

 

Məqalədə bildirilir ki, 2022-ci ildə yaşı 18 və yuxarı olan təxminən 828 milyon nəfər şəkərli diabetdən əziyyət çəkir. Bu da 1990-cı ildən bu yana 630 milyon artım deməkdir. Ən böyük artımlar Cənub-Şərqi və Cənubi Asiya, Yaxın Şərq və Şimali Afrika, Latın Amerikası və Karib hövzəsinin aşağı və orta gəlirli ölkələrində müşahidə olunub.

 

Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, 2022-ci ildə diabetin yayılması hər iki cins üçün Qərbi Avropa və Şərqi Afrikada, qadınlar arasında isə Yaponiya və Kanadada ən aşağı olub.

 

Müasir dövrümüzün gəncləşən xəstəliklərindən olan şəkərli diabetlə bağlı ilə bağlı Modern.az-ın suallarına Respublika Endokrinoloji Mərkəzin direktoru t.ü.f.d Nərmin İsmayılova aydınlıq gətirib.

 

O qeyd edib ki, dabet xəstəliyinin əsas simptomları susuzluq, halsızlıq, yorğunluq, tez-tez sidiyə getmək, şirniyyata meyllilik, ayaqlarda ağrı, keyimə, yanma, birinci tip şəkərli diabetlərdə çəkinin azalması, ikinci tip şəkərli diabetlərdə bəzi hallarda çəkinin artmasıdır.

 

"Bəzən birinci tip şəkərli diabet simptomsuz olur. Bu da xəstəliyin diaqnozunun gec qoyulmasına və nəticədə ağır fəsadlara gətirib çıxarır", - Nərmin İsmayılova bildirib.


Həkimin sözlərinə görə, diabet xəstəliyinə 40 yaş üzəri insanlarda daha çox rast gəlinir: "Birinci tip şəkərli diabet mədəaltı vəzdə insulin sekresiyasının tam çatışmazlığı nəticəsində yaranır. İkinci tip şəkərli diabetdə isə insulin sekresiyasının qismən və ən əsası, insulinə qarşı toxumaların həssaslığının azalmasıdır".

 

Direktor xəbərdarlıq edib ki, həkim tərəfindən insulin təyin edilib və xəstə insulindən istifadə etməkdən imtina edirsə, bu, həmin xəstədə şəkərli diabetin dekompensasiyasına və ağırlaşmalarına gətirib çıxarır.


Nərmin İsmayılova hipoqlikemiya və hiperqlikemiyadan da danışıb. O bildirib ki, qan şəkərinin kəskin şəkildə aşağı düşməsi (60 mq/dl-dən aşağı olması) hipoqlikemiya adlanır: "Bu zaman həkim tərəfindən verilən aşağı qan şəkəri müalicə planına əməl edilməli, xəstəyə Diabet məktəbində keçirilən təlimə əsasən karbohidratlar verilməli, qlükoqon iynəsi və ya tabletindən istifadə edilməlidir. Əgər hipoqlikemiya əlamətləri dərinləşərsə, təcili tibbi yardıma zəng etmək lazımdır. Hiperqlikemiya qanda şəkərin miqdarının artmasıdır. Bu halın yaşanmaması üçün qidalanma və fiziki aktivlik planıdüzgün təyin olunmalı və buna əməl edilməlidir. Həkim-endokrinoloq tərəfindən təyin edilən insulin və  dərmanlar da göstərişlərə uyğun olaraq qəbul olunmalıdır".

 

Bəs Azərbaycanda nə qədər şəkər xəstəsi var və ən çox hansı yaş qruplarında rast gəlinir?

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2023-cü ildə Azərbaycanda şəkər xəstələrinin sayı aşağıdakı kimi olub:

 

         

 

0-13 yaş

14-17 yaş

18-29 yaş

30 və yuxarı yaş

İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı -cəmi, nəfər

325

121

409

29645

Kişilər

165

59

182

12739

Qadınlar

160

62

227

16906

Tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı- cəmi, nəfər (ilin sonuna)

1403

1516

8594

373666

Kişilər

712

744

4260

166648

Избранный
46
1
modern.az

2Источники