Hər zaman qalmaqallı çıxışlar ilə gündəm olan türkiyəli professor Canan Karatay yenə də qalmaqallı açıqlama verib.
Medianews.az xəbər verir ki, C.Karatay qatıldığı verilişdə süd vəzi xərçənginin səbəbinin mamoqrafiya mafiyasının olduğunu bildirib.
Erkən yaşlarda edilən HPV(cinsi yolla keçən insan papillomavirusu) peyvəndlərini də tənqid edən Canan Karatay, “Sünnət olunan ölkələrdə HPV olmur”,-deyə qeyd edib.
Professor qadınlara evdə istifadə olunan təmizlik məhsulları ilə bağlı da xəbərdarlıq edib.
“Təmizlik məhsulları da xərçəng səbəbidir. Təmizlik vasitələrinin qoxusu xərçəng qoxusudur. Bu məhsulların yerinə daha təbii olan sirkə və karbonat tövsiyə edirəm”,-deyə Canan Karatay bildirib.
Professor eyni zamanda son günlər gündəm olan Dubay Şokoladı ilə bağlı da danışıb: “Bu şokolad zəhərdən başqa bir şey deyil, içində çox sayda qatqı maddəsi var”.
Medianews.az