RU

İqlim fəaliyyətlərinin icrası tələb olunan sürətdən geri qalır - Saymon Stil

İqlim fəaliyyətlərinin icrası tələb olunan sürətdən geri qalır.

Olaylar xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində Parlamentlərarası İttifaq (IPU) və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən birgə təşkil olunan Parlament görüşündə deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

"Parlamentlər vətəndaşların fikirlərini ifadə etmək üçün vacib bir kanal rolunu oynayır və onların dövlət siyasəti və fəaliyyətlərində əks olunmasını təmin edir. İqlim dəyişikliyi ilə mübarizə planetdəki bütün insanlar üçün ən aktual və təxirəsalınmaz məsələlərdən biridir.

Hakimiyyətdə olduğunuz zaman konkret addımları təşəbbüs edərək insanların həyatını dəyişən liderlərə çevrilə bilərsiniz", - deyə o bildirib.

Saymon Stil qeyd edib ki, dünya birliyi planetdə həyat şərtlərini qorumaq uğrunda mübarizədə tədrici addımlardan qətiyyətli hərəkətlərə keçməlidir. Son hesabatlar göstərib ki, iqlim fəaliyyətləri tələb olunan sürətdən geri qalır. Proqnozlara görə, planetin temperaturu 2,6-3,1 dərəcə Selsiyə qədər arta bilər ki, bu da ən təhlükəli nəticələrdən qaçmaq üçün tələb olunan 1,5 dərəcə hədəfindən çox uzaqdır.

"Əgər biz hazırkı templə elm tərəfindən irəli sürülən tələblər arasındakı fərqi azalda bilməsək, vəziyyət yalnız pisləşəcək.

Bu fərqin bir hissəsini iddiaların artırılması ilə aradan qaldırmaq olar. Bizə daha iddialı planlar və daha genişmiqyaslı fəaliyyətlərə imkan verən siyasətlər lazımdır. Lakin yalnız iddialar kifayət deyil - onların həyata keçirilməsindəki boşluqları aradan qaldırmaq vacibdir. Planlar yalnız kağız üzərində qalmamalı, real dəyişikliklərə səbəb olmalıdır. Hər bir ölkə öz səylərini gücləndirmək məcburiyyətindədir", - deyə S.Stil vurğulayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
61
3
olaylar.az

10Источники