RU

COP29 çərçivəsində “OGMP 2.0 təşəbbüsü liderlərinin Forumu” keçirilib

COP29 çərçivəsində “Yaşıl Zona”da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Neft və Qaz Metan Tərəfdaşlığı” (OGMP2.0) liderlərinin Forumu keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, metan emissiyalarının azaldılması və şəffaflığın artırılmasına həsr olunmuş tədbirdə SOCAR, “TotalEnergies”, “Italgas Reti”, “TAP AG”, “Shell”, “ADNOC”, “Petronas” şirkətlərinin rəhbər şəxsləri, habelə Avropa Komissiyasının, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Ətraf Mühitin Mühafizəsi Fondunun (EDF) nümayəndələri iştirak ediblər.

COP29 platformasında “OGMP 2.0” təşəbbüsünün əhəmiyyətini vurğulamaq və onun haqqında geniş auditoriyada məlumatlığı artırmaq məqsədilə təşkil edilən Forumda SOCAR-ın prezidenti Rövşən Nəcəf, Avropanın Enerji üzrə Komissarı Kadri Simson və BMT-nin Ətraf Mühit Proqramının İqlim Dəyişmələri bölməsinin rəhbəri xanım Daçen Tserinq açılış nitqləri ilə çıxış ediblər.

Çıxışlarda “OGMP2.0” platformasının qlobal enerji sektorunda şəffaflıq, davamlılıq və əməliyyat standartlarının yaxşılaşdırılmasına verdiyi töhfələr xüsusi vurğulanıb.

SOCAR-ın prezidenti R. Nəcəf SOCAR-ın qlobal miqyasda emissiyaların azaldılması və bu sahədə şəffaf hesabatlıq prinsiplərinə sadiqliyini nümayiş etdirərək, 2024-cü ildə “OGMP2.0” təşəbbüsünə qoşulduğunu vurğulayıb və şirkətin emissiyaların azaldılması üzrə hədəfləri və bu sahədəki fəaliyyəti barədə məlumat verib.

Tədbirdə “OGMP2.0”ın neft-qaz sənayesində metan emissiyalarının azaldılmasını təşviq edən mühüm platforma kimi qabaqcıl rolu vurğulanıb, bu təşəbbüsə üzv şirkətlərin emissiyaların azaldılmasına dair strateji hədəflərinə çatmaq üçün əldə etdikləri üstünlüklər, emissiya hesabatlığına dair şəffaflıq tələbləri barədə məlumat verilib, bu sahədə qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyi qeyd edilib.

Müzakirələr zamanı metan emissiyalarını dəqiq ölçülməsi və izlənilməsi üçün metodologiyaların inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə rəqəmsal texnoloji alətlərin tətbiqinin üstünlükləri haqqında fikirlər səsləndirilib. Şirkətlərin “OGMP2.0”a üzv olmaqla cari və gələcək tənzimləmələrə daha yaxşı uyğunlaşmaq, metan emissiyalarını azaltmaq üçün yeni texnologiyaları və innovativ həlləri tətbiq etmək, emissiyalara dair şəffaf hesabatlıq və qlobal miqyasda effektiv əməkdaşlıq imkanlarını əldə etdikləri diqqətə çatdırılıb.

Избранный
61
2
report.az

3Источники