RU

Millimiz üçün Yunanıstan sınağı

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

QOL.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək. Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.

16 noyabr

14:00.  Yunanıstan (U-17) - Azərbaycan (U-17)

Baş hakim: İon Orlic (Moldova)

Baş hakimin köməkçiləri: Vadim Vikol (Moldova), Adrian Vorniçu (Rumıniya)

Dördüncü hakim: Vlad Baban (Rumıniya)

"Tunari" stadionu.

Избранный
17
1
teleqraf.com

5Источники