RU

“Real”ın yetirməsi 20 yaşında futbolçu karyerasını bitirdi

“Real”ın 20 yaşlı mərkəz yarımmüdafiəçisi Mark Kukalon zədədən sonra üzləşdiyi nadir fəsad səbəbindən futbolçu karyerasını bitirib.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

2022-ci ildə Kukalon UEFA Yeniyetmələr Liqasının “Seltik”lə oyununda dizin çarpaz bağ zədəsi ilə üzləşmişdi. Vurğulayaq ki, müvafiq zədə hər bir futbolçu üçün əsl kabusdur. Ağrılı olması ilə yanaşı, bu zədə həm də gec sağalması ilə səciyyəvidir. Üstəlik bu zədə müxtəlif fəsadlarla da təzahür edə bilər ki, Kukalonun da başına bu gəlib. Cərrahi əməliyyat zamanı futbolçunun oynaq qığırdaqlarına bakteriya daxil olub və onun nadir fəsadlara yol açan infeksiyaya yoluxmasına səbəb olub. Nəticədə Kukalon tam sağala bilmir. Gənc futbolçunun arzuları gözündə qalıb, Kukalon həkimlərin tövsiyəsi əsasında futbolçu karyerasını bitirmək qərarını verməyə məcbur olub.

“Real”ın Mark Kukalonun zədəli dizini tam sağaltmaq üçün ona maddi dəstək verməyə davam edəcəyi vurğulanır.

Mark Kukalon futbola 2010-cu ildə “Santa İzabel”də qədəm qoyub. 2013-2014-cü illərdə “Amistad”da çıxış etmiş Kukalon, 2014-2016-cı illərdə “Saraqosa”da çıxış etdikdən sonra “Real”a yol tapıb, 2021/2022-ci və 2022/2023-cü illər mövsümlərini isə “qaymaqlılar”ın heyətində keçirib. Mark Kukalon “Real”ın gənclər komandasında cəmi 4 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Arzuları puç olmuş gənc futbolçu futbolu əliboş tək edib.

Избранный
13
arena.az

1Источники