RU

Parlament Görüşü çərçivəsində iqlim öhdəliklərinin reallığa çevrilməsi üzrə sessiya başladı

Bakı. Trend:

Bakıda COP29 çərçivəsində Azərbaycan Milli Məclisi vəParlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunanParlament Görüşü zamanı “İqlim öhdəliklərinin reallığa çevrilməsi:Parlamentlərin təsirlərin yumşaldılması və Milli Səviyyədə MüəyyənEdilmiş Töhfələrin həyata keçirilməsində rolu” mövzusunda sessiyaöz işinə başlayıb.

Trend xəbər verir ki,keçirilən sessiya Paris Sazişi çərçivəsində qəbul olunmuştəsirlərin yumşaldılması üzrə öhdəliklərin real milli fəaliyyətlərəçevrilməsinin necə təmin ediləcəyinə həsr olunub.

Sessiyada parlamentlərin 2025-ci ildə təqdim edilməsiplanlaşdırılan yenilənmiş Milli Səviyyədə Müəyyən EdilmişTöhfələrin (NDC) hazırlanması və həyata keçirilməsində rolu xüsusidiqqət mərkəzində olacaq.

Sessiya zamanı milli səviyyədə istixana qazları, o cümlədənmetan emissiyalarının azaldılması üzrə qabaqcıl təcrübələr nümayişetdiriləcək və bu təşəbbüslərdə parlamentlərin əsas roluvurğulanacaq.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
21
4
az.trend.az

10Источники