RU

Nazirlik Fatih Terimlə görüşüb

Gənclər və İdman Nazirliyində Azərbaycanda səfərdə olan türkiyəli tanınmış futbol mütəxəssisi Fatih Terimlə görüş keçirilib.

Nazirlikdən NOCOMMENT.az-a bildirilib ki, nazir Fərid Qayıbov qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Ölkəmizə ilk dəfə 1996-cı ildə gəldiyini xatırladan F.Terim Azərbaycan futbolu ilə bağlı maraqlı xatirələrinin olduğunu bildirib.

Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib. COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi üzrə mübarizədə birgə alyansın yaradılmasına dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə “Qalatasaray”ın 2-ci prezidenti İbrahim Hatipoğlu, klubun İdarə Heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Eray Sözən, “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.

Избранный
35
12
nocomment.az

10Источники