RU

Rusiya XİN: “Ermənistan KTMT-nin fəaliyyətində iştirakdan uzaqlaşıb”

Hazırda Ermənistan KTMT-nin fəaliyyətinin bütün formatlarında iştirakdan çəkinir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

Astanada keçiriləcək KTMT tədbirlərində erməni nümayəndələrinin iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Pankin qeyd edib ki, bu məsələ ilə bağlı erməni tərəfinin nümayəndələrinə sual vermək daha düzgün olardı.

“İndiki mərhələdə Ermənistan KTMT-nin müxtəlif səviyyələrdə tamamilə bütün formatlarda fəaliyyətində iştirakdan uzaqlaşır”, - diplomat bildirib.

Избранный
47
operativmm.az

1Источники