"İqlim dəyişikliyində hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.
Onun sözlərinə görə, COP28-də hüquq-mühafizə orqanlarının rolu yüksək qiymətləndirilib:
"Biz COP29-da da bunu davam etdirməyə çalışırıq. Missiyamız aydındır. Ekoloji cinayətlər, heyvan və dəniz canlıların iqlim dəyişikliyinə təsiri, ekosistemlə bağlı tədbirlər aparmaq. Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq.