RU

Ləğv prosesində olan “Yunayted Kredit Bank”ın kreditorlarının diqqətinə!

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarına çağırış edib.

“Qafqazinfo”nun məlumatına görə, görə, bu barədə Fond məlumat yayıb.

Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, "Banklar haqqında" Qanunun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin, habelə Qanunun 82.1.8-ci maddəsinə əsasən təminatsız kreditorların tələbləri üzrə ödənişlərə 18 noyabr 2024-cü il tarixdən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər.

Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.

Qaynar xətt əlaqə nömrəsi: (+994) 941

"Cebheinfo.az"

Избранный
44
8
cebheinfo.az

10Источники