RU

İqlim çağırışlarının öhdəsindən gəlmək ABŞ-nin qarşısında duran ciddi məsələdir - Senator

ABŞ-nin qarşısında iqlim böhranı ilə mübarizədə ciddi çağırışların öhdəsindən gəlmək durur.

Redaktor.az xəbər verir ki, bunu amerikalı senator Şeldon Vaythaus COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

O vurğulayıb ki, ABŞ-də iqlim təşəbbüslərinin böyük hissəsi ştatlar və bələdiyyələr səviyyəsində inkişaf edir: "Biz birlikdə nəticələrə nail ola bilərik".

Senatorun sözlərinə görə, iqlim böhranının dərinləşməsi inkişaf etməkdə olan ölkələrdəki vəziyyəti daha da ağırlaşdıracaq: “Çünki onlar iqlim dəyişikliyinin təsirlərini daha kəskin hiss edir”.

"Bunun üçün emissiyaların azaldılması tədbirlərini sürətləndirmək lazımdır. Emissiya yalnız iqlim böhranını dərinləşdirir. Bu da qaçılmaz olaraq bütün dünyada iqtisadiyyata, sabitliyə və həyat keyfiyyətinə təsir göstərir. Bizim bir nömrəli vəzifəmiz böhranın dərinləşməsinin qarşısını almaqdır. Burada karbonun qiymətləndirilməsi köməyə gəlir", - o yekunlaşdırıb.

Избранный
100
1
redaktor.az

2Источники