RU

Fransız nazirlər Makronun girovuna çevrilib



"Fransız nazirlər, ayrı-ayrı dövlət qurumlarının rəhbərləri bu ölkənin prezidenti Emmanuel Makronun girovuna çevriliblər. Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin Bakıda keçirilən COP29 sammitinə gəlməməsi fonunda bunu aydın görmək mümkündür".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Anyes Pannye-Runaşenin Bakıya gəlməməsi sırf nazirin özünün təşəbbüsün deyil və bu şəxs məhz Makronun razılığı olmaması səbəbindən COP29 tədbirində iştirak etməyib:

"Baxmayaraq ki, Fransa hər zaman özünü iqlim sahəsində lider dövlətlərdən biri kimi təqdim etməyə çalışıb. Qlobal istiləşmə və ekoloji tarazlığın pozulmasına qarşı mübariz ölkə kimi özünü önə çəkib. Ancaq Bakıda keçirilən COP29 sammiti Fransanın iç üzünü açdı və Paris sözün həqiqi mənasında ifşa edildi. Dünyada iqlim sahəsində lider dövlətlərdən biri kimi təqdim etməyə çalışan bir ölkənin elə məhz iqlimlə bağlı belə bir mötəbər tədbirdə iştirak etməməsi Parisin təkcə Bakıya qarşı düşmən münasibətinin göstəricisi deyil, eyni zamanda Fransanın ekologiya, iqlim, yaşıl dünyaya qarşı düşmıənçiliyinin bariz nümunəsidir".

Arzuman Muradlı deyib ki, Paris hər nə qədər COP-29-un Azərbaycanda keçirilməsinə mane olmağa çalışsa da, lakin bu məkirli planına nail ola bilmədi və artıq bir neçə gündür ki, Bakı COP29-a ən yüksək səviyyədə evsahibliyi edir.

Süleyman
Избранный
29
newscenter.az

1Источники