RU

Ailələr bu yolla gəlir əldə edəcəklər - Deputat AÇIQLADI

Son vaxtlarda, xüsusilə də COP29 tədbiri zamanı əsas mövzulardan biri "yaşıl iqtisadiyyat"ın təkmilləşdirilməsi və bu üzrə işlərin görülməsi ilə bağlıdır. Konfrans çərçivəsində bu sahə üzrə yeni tərəfdaşlıq və əlaqələr haqda razılıqlara gəlinib.

Bəs "yaşıl iqtisadiyyat" nədir və başqa hansı faydaları var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, "yaşıl iqtisadiyyat"ın daha çox iş yerləri açacağı və məşğulluğa dəstək olacağı gözlənilir.

"Ümumiyyətlə, "yaşıl iqtisadiyyat"  insanın iqtisadi fəaliyyətinin ətraf mühitə mənfi təsirinin azaldılması, ətraf mühitə risklərin minimala endirilməsi deməkdir. Gözlənti ondan ibarətdir ki, "yaşıl iqtisadiyyat" nəticə etibarilə iş yerlərinin sayının artması və xüsusən də işaxtaranların işlə təmin edilməsinə gətirib çıxara bilər. Burada bir neçə istiqamətdə iş yerlərinin açılması mümkündür. Birincisi, digər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yaşıl enerji hasil edən ailələr, hasil etdikləri enerjinin bir hissəsini ümumi şəbəkəyə satmaqla gəlir əldə edir. Əslində onlar həm öz istehlakını təmin edir, həm də bu imkan verir ki, həmin yaşıl enerjidən istehlakı təmin etməklə yanaşı, həm də gəlir əldə etsinlər. Bu kontekstdə ailələrin ev təsərrüfatlarının yaşıl enerji hasilatına istehsalına daha yaxından cəlb edilməsi, məşğulluğun təmin edilməsinə xüsusi dəstək olacaq".

Deputatın sözlərinə görə, "yaşıl iqtisadiyyat" işsizlik səviyyəsinin aşağı düşməsinə kömək olacaq.

"Eyni zamanda, təbii ki, artıq "yaşıl iqtisadiyyat" genişləndikcə daha innovativ, yeni iş yerlərinin yaradılması anlamına gəlir. Xüsusən də ixtisaslı kadrların işlə təminatına xüsusi dəstək nümayiş etdirir. Bu baxımdan "yaşıl iqtisadiyyat"ın genişlənməsi bütövlükdə işsizlik səviyyəsinin aşağı düşməsinə gətirib çıxara biləcək faktorlardan biri hesab olunur. Bu kontekstdə təbii ki, Azərbaycan üçün yaşıl iqtisadiyyatın daha da genişlənməsi, məşğulluğun təmin edilməsi, iş yerlərinin sayının artırılması və işsizlik səviyyəsinin aşağı salınması baxımından vacib istiqamətlərdəndir", - deyə V.Bayramov vurğuladı.
Избранный
32
1
referans.az

2Источники