RU

Xəstəxanada dəhşətli yanğın – Körpələr öldü

Hindistanda noyabrın 15-i axşam saatlarında Uttar Pradeş ştatında xəstəxanada baş verən yanğın nəticəsində 10 yeni doğulmuş körpə ölüb

Bu barədə NDTV məlumat yayıb.

İlkin məlumata görə, yanğına səbəb Chansidəki Maharani Lakshmibai Tibb Kollecinin neonatal reanimasiya şöbəsində baş verən qısaqapanma olub.

Müxtəlif mənbələrə görə, həkimlər palatadakı pəncərələri sındıraraq 37-dən 44-ə qədər uşağı xilas edə biliblər. Onlar tibb müəssisəsinin əməkdaşları ilə birlikdə körpələri evakuasiya etmək üçün pəncərələri sındırıblar. Orada ümumilikdə 54 uşaq olub.

Xilas edilən uşaqların vəziyyəti müxtəlifdir. Bəziləri ümumiyyətlə xəsarət almayıb, digərlərinə tibbi yardım lazım olub.

Избранный
94
3
infoaz.ws

10Источники