RU

"1 xalı 3 xala bərabər saymaq olar" - Estoniya millisinin baş məşqçisi

Estoniya millisinin baş məşqçisi Yurgen Henn Azərbaycan yığmasına qarşı keçirdikləri oyundan -  UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun matçından (0:0) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Məncə, hər iki oyunu təhlil etsək, bərabər səviyyəli matçların şahidi olduğumuzu görərik. Lakin bu görüşün ikinci yarısında çətinik çəkdik. Turnir cədvəlinə nəzər salsaq, bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar. Belə stadionunuz olduğu üçün özünüzü xoşbəxt saya bilərsiniz. Estoniyada bu cür şəraiti olan stadionlar azdır".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb.

Избранный
28
3
fanat.az

10Источники