RU

COP29-da iqlim maliyyəsi öhdəliyinin 170 milyard dollaradək artırılmasına razılıq əldə olundu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının Beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşüb.

Bu barədə seher.media-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlığın perspektivləri, ölkəmizin COP29 sədrliyindən irəli gələn məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov COP29 sədrliyimiz, aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin təşviqi istiqamətində apardığı səyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyinin razılaşdırılmasının vacib məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqların əldə olunduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və postmünaqişə dövründə bölgədə vəziyyət, habelə ölkəmizin sülh səyləri barədə məlumat verilib. Bununla yanaşı, Ermənistanın yaratdığı mina təhdidi diqqətə çatdırılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi

Избранный
86
9
seher.media

10Источники