RU

Azərbaycanın bərpaolunan enerji potensialına dair araşdırma aparılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun və UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevanın həmmüəllifi olduqları “İsveçrənin yaşıl iqtisadiyyat siyasətinin Azərbaycanın Qarabağ regionunda tətbiqi: bir baxış və qiymətləndirmə” adlı məqalə “Scopus” indeksli nəşriyyat olan “Emerald”in “Green Management: A New Paradigm in the World of Business” adlı kitabının 7-ci fəslində dərc olunub.

UNEC-dən TƏHSİL.BİZ -ə bildirilib ki, məqalədə İsveçrənin yaşıl iqtisadiyyat siyasətinin Qarabağda tətbiq olunma imkanları və faydalılığı qiymətləndirilib. Həmçinin İsveçrənin innovasiya potensialı və Azərbaycanın bərpaolunan enerji sahəsindəki inkişafı nəzərdən keçirilərək, bu siyasətin Qarabağda tətbiqi nəticəsində əldə olunacaq müsbət təsirlər müəyyənləşdirilib.

Kitabı “Emerald”, eləcə də “Google”, “Amazon”, “Barnes & Noble”, “Thrifts Book” kimi beynəlxalq kitab mağazalarından onlayn əldə etmək olar.

Избранный
38
tehsil.biz

1Источники