RU

Konstitusiya Məhkəməsində görüş

Noyabrın 16-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən məhkəmə seminarında iştirak etmək üçün Bakı şəhərinə səfər edən Belçika Krallığının Konstitusiya Məhkəməsinin sədri Lük Lavrysen ilə görüş keçirib.

Sədr Fərhad Abdullayev Bakıda keçirilən genişmiqyaslı tədbirin bütün dünya ölkələri üçün əhəmiyyətini qeyd edib. O, Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verərək iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd edib. Görüşdə Konstitusiya məhkəmələrinin məhkəmə təcrübəsində ətraf mühitin qorunması ilə bağlı qərarlar barədə fikir mübadiləsi aparılıb.

Lük Lavrysen Azərbaycanın COP29-a ev sahibliyi etməsini yüksək qiymətləndirib. O, gələcəkdə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olacağına ümid etdiyini və qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

XQ

Избранный
23
1
xalqqazeti.az

2Источники