RU

Tramp ABŞ-nin energetika naziri vəzifəsinə Kris Raytın namizədliyini irəli sürəcək

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp energetika naziri postuna “Liberty Energy” neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.

APA xəbər verir ki, Tramp bu barədə bəyanat yayıb.

“Kris Raytın ABŞ-ın Energetika Naziri və yeni yaradılmış Milli Enerji Şurasının üzvü kimi mənim administrasiyama qoşulacağını bildirməkdən məmnunam”, - bəyanatda deyilir.

Tramp əlavə edib ki, ABŞ-ın yeni Enerji Şurasına daxili işlər naziri vəzifəsinə namizədliyi irəli sürülmüş milyarder Daq Berqum da daxil ediləcək.

Избранный
54
2
apa.az

10Источники