RU

COP29-un elektrikli təcili yardım avtomobilləri - FOTO - VİDEO

Əslində burada qeyri-adi heç nə yoxdur. 20-ci əsrin əvvəllərində ilk elektromobillər küçələrə çıxanda dərhal həkimlərin marağına səbəb olmuşdu. London, Berlin və Paris kimi şəhərlərdə 110-120 il əvvəl  elektrik dartılı təcili yardım avtomobilləri daha çox idi. Çünki bu texnikanın səsi az, tüstü yox idi, həm də daha çevik hərəklət edirdi. Lakn 20-ci illərdə daxiliyanma mühərriki elektriki üstələdi ki, bu da başqa söhbətin mövzusudur. Lakin dünya yenidən elektrikə qayıdır.

Avtosfer.az xəbər verir ki, COP29 tədbirində iş başında olan bəzi tibb heyətlərinə elektrikli  təcili yardım avtomobilləri təhkim olunub. Bu dəfə də 100 il əvvəlki prinsip dəyişməyib. Tüstüsüz, səssiz maşınlar həm də daha komfortludur. Elektromobildə pilləli transmissiya olmadığı üçün silkələnmə də olmur. Üstəgəl, elektrik mühərrikli texnika benzin və dizel analoqlarından daha çevikdir. Tibbdə bəzən 1 dəqiqə ləngimə geri dönüşü olmayan fəsadlarla nəticələnir. 
Nəhayət, ən əsası: elektrikli təcili yardım avtomobilləri zərurət yarandıöı hallarda qapalı məkanlara da girə bilər. İşlənmiş qazlar olmadığı üçün bu şəraitdə heç kimin tüstüdən zəhərlənmək riski də yoxdur (sadə bir müqayisə: hamının evində elektrik mühərrikli avadanlıq var. Lakin ən kiçik generatoru belə qapalı məkana qoymaq mümkün deyil). 
Bir sözlə, XX əsrin əvvəllərində geniş yayılmış elektrikli təcili yardım avtomobillərinə qayıdış gerilik deyil, əksinə, irəliyə doğru proqressiv addımdır. Həm də bəşəriyyətin ciddi iqlim problemləri ilə üzləşdiyi bir vaxtda.

 

FOTO QALEREYA
Избранный
32
avtosfer.az

1Источники