RU

COP29 dünya ictimaiyyəti üçün daha bir əlamətdar hadisə olacaq - Soltan Məmmədov

Bakı. Trend:

COP29 dünya ictimaiyyəti üçün daha bir əlamətdar hadisəolacaq.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Soltan MəmmədovParlamentlərarası İttifaqın (İPU) Azərbaycan Respublikası MilliMəclisi ilə birgə COP29 çərçivəsində təşkil etdiyi ParlamentGörüşünün iştirakçıları qarşısında çıxışı zamanı deyib.

"Beynəlxalq ictimaiyyət Azərbaycanın COP29-a ev sahibliyietməyinə inamını ifadə edib. Azərbaycanın karbohidrogen ehtiyatlarıilə zəngin ölkə kimi şöhrət qazanmasına baxmayaraq, respublikamızyaşıl enerjiyə keçidə öz töhfəsini verməyə hazır olduğunu ardıcılolaraq nümayiş etdirib. Bu, Dünya İqtisadi Forumunun Enerji Keçidİndeksində 32-ci yeri tutmağa imkan verib. Azərbaycan ÜDMstrukturunda bərpa olunan enerji mənbələrinə investisiyalarınpayına görə də liderlər sırasındadır", - o bildirib.

O qeyd edib ki, bu gün dünya ictimaiyyətinin diqqəti müxtəlifnümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların,vətəndaş cəmiyyətinin, QHT-lərin, medianın, gənclər və qadınbirliklərinin, könüllülərin, ekoloji fəalların, parlamentüzvlərinin 70 mindən çox nümayəndəsinin toplaşdığı Bakıya yönəlib.İştirakçılar iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi kimi ənaktual qlobal çağırışları müzakirə edirlər.

"Azərbaycan beynəlxalq tədbirlərdə uğurlu iştirakla bağlı zəngintəcrübəyə malikdir. Şübhə yoxdur ki, COP29 qlobal ictimaiyyət üçündaha bir əlamətdar hadisə olacaqdır", - o bildirib.

Soltan Məmmədov xatırladıb ki, mayın 16-da Cenevrədə AzərbaycanRespublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaqarasında COP29 çərçivəsində parlament konfransının təşkilinə həsrolunmuş anlaşma memorandumu imzalanıb.

"Biz əvvəlki konfransların, o cümlədən COP27 və COP28-innəticələrinə, həmçinin İPU-nun 148-ci Assambleyasında aparılanmüzakirələrə əsaslanaraq, COP29 parlament sessiyası üçün yekunsənədin layihəsini hazırlamışıq. İlkin layihəni tamamladıqdan sonraBöyük Britaniya, Rusiya, Çin, Rumıniya, Avstriya, SəudiyyəƏrəbistanı və Yaponiya da daxil olmaqla bir sıra ölkələrdən dəyərlişərhlər və təkliflər almışıq. İyun ayında COP29-un hazırlıqiclasında sənəd layihəsi yenidən müzakirə edildi və yeni ideyalarlatamamlandı. İPU-nun 149-cu sessiyası zamanı məhsuldar müzakirələrdavam etdirildi və mən bu gün birgə səylərimizin nəticəsi olanyekun sənədi sizə təqdim etməkdən məmnunam", - o əlavə edib.

Qeyd edək ki, 16-17 noyabr tarixlərində Bakıda COP29çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan MilliMəclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib.Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson,Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçininParlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, MilliMəclisin deputatı Sevil Mikayılova iştirak ediblər. Eyni zamanda,iki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedib.

Məqalədə:
Избранный
54
2
az.trend.az

3Источники