Rusiyanın “Narodnaya qazeta” nəşrinin baş redaktoru Yuliya Kuznetsova Kursk vilayətində avtomobilinə endirilən zərbə nəticəsində öldürülüb.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov məlumat yayıb.
Onun sözlərinə görə, Kuznetsovanın avtomobili Bolşesoldatski rayonu ərazisində PUA hücumuna məruz qalıb.
Müəllif: Teleqraf.com