RU

Bayden Ukraynanın Rusiyanın dərin ərazilərinə raket zərbəsinə icazə verdi

ABŞ prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verib.

Bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.

Mənbələrin “Reuters“ agentliyinə bildirdiyinə görə Ukrayna yaxın günlərdə Kursk bölgəsinə uzaqmənzilli ATACMS raketləri ilə ilk zərbələr endirməyi planlaşdırır.

The New York Times“ qəzetinin yazdığına görə isə ATACMS raketləri çox güman ki, ilkin olaraq Rusiyanın qərbindəki Kursk bölgəsində Ukrayna qoşunlarını qorumaq üçün Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə olunacaq.

ATACMS raketlərinin uçuş məsafəsinin 190 mil və ya 305 km olduğu bildirilir.

Избранный
21
2
azpost.info

10Источники